Azərbaycanlı pivə əvəzinə benzin içib öldü
Azərbaycanda qəribə ölüm faktı qeydə alınıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) rəsmi iternet saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayon sakini pivəni benzinlə səhv saldı və nəticədə öldü.
Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Cəsarət Cəfərov səhvən pivə şüşəsində saxlanılan benzini içib.
Onu xilas etmək mümkün olmayıb. Belə ki, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Mənbə:> ANSPRESS