ABŞ-da terror həyacanı
Nyu-Yorkdakı Azadlıq heykəli və onun yerləşdiyi Azadlıq adasındakı insanlar şübhəli bağlama ilə əlaqədar evakuasiya ediliblər.
ANS PRESS-in məlumatına görə, Azadlıq heykəli ABŞ-a gələn turistlərin ən çox cəlb olunduğu görməli yerlərdəndir.
Heykəlin ucaldığı Milli Park Xidmətinin rəhbərliyi bildirib ki, polis burada tapılmış şübhəli bağlama ilə əlaqədar geniş axtarış işlərinə başlayıb.
Heykəl 1886-cı ildə iki ölkə arasında dostluğun rəmzi kimi Fransa tərəfindən ABŞ-a hədiyyə edilib.
Mənbə:> ANSPRESS