Facebook istifadəçilərinə xəbərdarlıq
Bu yaxınlarda Facebook yeni "Fshake" adlı bir tətbiqetmə istifadəyə verib.
ANS PRESS-in məlumatına görə, həmin tətbiqetməni ödənişsiz olaraq "Google Play"dan yükləmək mümkündür.
"Fshake" sayəsində telefon istifadəçinin olduğu və ona yaxın olan qonşu şəhərlərdə həmin şəxsə "uyğun" olan adamları tapır. Məsələn, əgər həmin şəxs ailə vəziyyətində subay yazıbsa, subay adamları axtarır. Bundan başqa, telefon "Fshake" yükləyənlərin iş yerinə, musiqi və s. zövqünə uyğun şəxsləri də tapır. Hətta bəzən yeni tətbiqetmə insanın alış-veriş etdiyi markaya görə də adam axtarır.
Lakin bəzi insanlar bu tətbiqetməni yükləməsələr də, "Fshake" həmin şəxsləri tapır. Bunun qarşısını almaq üçün insanlar öz facebook hesablarında gizlilik tənzimləmələrinə diqqət etməlidirlər. "Fhsake" axtarışlarından yayına bilmək üçün istifadəçi öz profilinə girməli, "profil" bölməsinə daxil olub "haqqında" hissəsində dəyişiklik edilməlidir. Bunun üçün "ailə və münasibətlər"də göstərilən ailə vəziyyətinin sağ tərəfindəki dünya işarəsini basaraq "dostlar" və ya "dostların dostları" seçilməlidir.
Mənbə:> ANSPRESS