“Facebook”da daha bir möhtəşəm yenilik: Keçmişə qayıdış » AzNews.info -Xəbər portalı

“Facebook”da daha bir möhtəşəm yenilik: Keçmişə qayıdış

“Facebook”da daha bir möhtəşəm yenilik: Keçmişə qayıdış


Facebook-un “On This Day” funksiyası istifadəçilərə paylaşım lentində ötən illərin konkret tarixlərində baş vermiş hadisələri yada salmağa kömək edəcək.

AzNews.info xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər keçmiş tarixlərdə yazdıqları status və ya bölüşdükləri şəkilləri yenidən asanlıqla tapa bilərlər. Ötən illərin şəkil və ya statuslarını yalnız istifadəçinin özü görəcək, lakin istəsə həmin foto və statusları yenidən paylaşa bilər.

Bundan əlavə, istifadəçilər günlük xatırlatmalara abunə olmaqla əvvəlki illərin həmin tarixində baş verənləri görə bilərlər.

Maraqlısı odur ki, “On This Day”-in alqoritmi mənfi emosiyalı məlumatı yada salmır. Məsələn, istifadəçilərin münasibətdə olduğu və ayrıldığı insanlar və ya həyatlarını dəyişən insanlarla bağlı məqamlar əks olunmur.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *