Azərbaycanlılar ayağa qalxdı
Yekaterenburqun Azərbaycan diasporu ayağa qalxaraq hüquq mühafizə orqanlarından azərbaycanlı futbolçu Emil Hüseynovun qatilin cəzalanmasını tələb edir.
Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinskinin ANS PRESS-ə verdiyi məlumata görə, şəhərdə 600-ə qədər azərbaycanlı yığılaraq qatilin cəzalandırılmasını tələb edirlər.
"Hüquq-mühafizə orqanları vədlərini yerinə yetiriblər. Ötən gün davada iştirak edən 6 ermənidən 5-i saxlanılıb. Sonuncu erməninin də saxlanılması üçün işlər görülür", - deyə Şahin Şıxlınkski bildirib.
Qeyd edək ki, futbolçumuz Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb.
Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında Tiqran Cicakyan adlı erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə sancıb. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar.
Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar. Emil Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Polis azərbaycanlını bıçaqlayan 5 ermənini tutub. Altıncı erməni isə hazırda axtarılır.
Mərhumun cənazəsi bu gecə 00:40-da dəfn olunmaq üçün Gəncə şəhərinə gətiriləcək.
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib.
Mənbə:> ANSPRESS