3 yaşında 48 kiloluq uşaq – FOTO
Hindistanda bir ata uşaqlarını müalicə etdirə bilmək üçün böyrəklərini satacaq.
ANS PRESS-in məlumatına görə, bir ailənin 3 uşağı güclü piylənmədən əziyyət çəkirlər. Bütün gün yemək yeyən uşaqlar normal hərəkət edə bilmirlər. 5 yaşlı Yoqitanın çəkisi 34, 3 yaşlı Anişa 48, 18 aylıq Xarş isə 15 kiloqramdır. Ailənin başçısı Rameşbai Nandvana övladlarının daim aclıqdan şikayət etdiklərini deyib. Onlar bir həftə ərzində iki normal ailənin bir ay ərzində yediyi qədər yemək yeyirlər.
Balacaların valideynləri də övladlarında bu xəstəliyin olmasına təəccüblənirlər. Çünki onların ailəsində heç kim artıq çəkidən əziyyət çəkməyib. Hətta onların 6 yaşlı qızlarının çəkisi də 16 kiloqramdır. Nandvanın fikrincə, uşaqların bu bəlaya düçar olmasının səbəbi onların doğulduğu ilk ildə düzgün qidalanmamasıdır. O, övladlarını müalicə etmək üçün maddi imkanının olmadığını, buna görə də böyrəklərini satacağını deyib.
Mənbə:> ANSPRESS