Nazirlik 100-ə yaxın avtobus sürücüsünü cəzalandırdı – VİDEO
Avtobus qəzalarının azalması üçün mütəmadi olaraq aparılan reydlərdə 100-dən çox sürücü işdən kənarlaşdırılıb və sahibkarlara töhmət verilib.
AzNews.info-nun ANS TV-yə istinadən məlumatına görə, son zamanlar avtobus və yük maşınlarının iştirakı ilə baş verən qəzalarda ölənlərin sayı xeyli artdıb. Bir-birinin ardınca baş verən bu cür hadisələrdə həyatını itirən kim, sağlamlığı təhlükə altında qalan kim...
Əgər bu qəzaların bir qismi sürücü səriştəsizliyindən irəli gəlirsə, digər bir qismində marşrut xətt sahiblərinin böyük rolu var. Çünki sahibkarlar bəzən avtobusda sükandan başqa heç nəyi tanımayan şəxsləri işə götürürlər, üstəlik onlara gündəlik elə bir plan qoyurlar ki, nəticədə sürücü dəfələrlə yol hərəkət qaydalarını pozur. Həm özünün, həm də başqalarının həyatını riskə ataraq.
Düzdür, Nazirliyi bu cür sürücülərə, eləcə də sahibkarlara qarşı cəza tədbirləri gördüyünü deyir. Amma nəticə hələ də qənaətbəxş deyil.
NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, reydlər zamanı onlarla sürücü xətdən kənarlaşdırılıb, bəzi sürücülərə isə ciddi xəbərdarlıq edilib. Reydlərin məqsədi avtobusları peşəkar sürücülərə həvalə etməkdir. Sürücülük vəsiqəsi və tibbi arayışı düzgün olmayan sürücülər işə götürülməməlidir.
Baş verən avtobus qəzalarına daha təəccüblənmirik. Çünki az qala gündə bir neçə yerdə avtobus sürücülərinin törətdiyi qəzaların şahidi oluruq. Son bir həftədə təkcə dairəvi yoldi iki belə hadisənin baş verməsi, eyni zamanda paytaxtın Qaradağ rayonunda 3 sərnişin avtobusunun toqquşması buna əyani sübutdur. Bu tip hadisələri qaçılmaz edən əsas səbəblərsə yüksək sürətlə idarə etmə, digər nəqliyyat vasitələri ilə ötüşmə, düzgün manevr etməmədir. Ekspertlər sürücülük vəsiqəsi olmayan, sağlamlığında hər hansı bir problem yaşanan sürücüərin işdən uzaqlaşdırılmasını, onların daha peşəkarları ilə əvəz edilməsini vacib sayırlar.
Mənbə:> ANSPRESS