Həbsxanada üsyan: xəsarət alanlar var
Türkiyə Kocaeli vilayətinin Kandra rayonundakı həbsxanada yerli vaxtla saat 21.00-də (Bakı vaxtıyla 23.00) üsyan başlayıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, “A 28” kamerasında olan məhkumlar içəridə olan döşək, yorğan və adyalları yandırıblar.
Hadisədən sonra həbsxanada həyəcan siqnalı verilib, təhlükəsizlik tədbirləri çoxaldılıb, hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım cəlb olunub.
Baş vermiş yanğına yanğınsöndürmə briqadaları ancaq divarın arxasından müdaxilə edə biliblər.
Rəhbərliyin məhkumlarla danışığa başlamasından sonra yerli vaxtla saat 22.45-də (Bakı vaxtıyla 00.45) üsyan başa çatıb.
Hadisə nəticəsində 3 məhkumun tüstüdən zəhərləndiyi bildirilib.
Üsyanın, başqa həbsxanalara köçürüləcək məhkumların köçürülmə prosesinin gecikməsi səbəbindən baş verdiyi bildirilib.
Hadisələrin artıq nəzarət altında olduğu bildirilir.
Mənbə:> ANSPRESS