Türk sərhədçi 3 hərbçini güllələdi
Türkiyədə əsəb gərginliyi keçirən hərbçi 3 yoldaşını güllələyərək öldürüb.
ANS PRESS-in "İhlas" xəbər agentliyinə (İHA) istinadən verdiyi məlumata görə, hadisə Ağrı vilayətinin Doiğubəyazid rayonundakı hərbi hissələrdən birində baş verib.
Hadisə barədə açıqlama verən Ağrı meriyası, yerli vaxtla saat 23 (Bakı vaxtıyla saat 1) radələrində “Gökay” sərhəd zastavasına bağlı “Şəhid Fehmi Altınordu” sərhəd birliyində əsgərlərdən birinin əsəb gərginliyi keçirərək tüfənglə eyni pozisiyada olan 3 əsgəri vuraraq öldürdüyünü bildirib.
Açıqlamada, öldürülən hərbçilərdən ikisinin çavuş, birinin isə siravi əsgər olduğu bildirilib.
Mənbə:> ANSPRESS