Allahverdi Yolçuyevdə “Parkinson” aşkarlandı: Maddi imkanım yoxdu, dərmanlar da işə yaramır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Allahverdi Yolçuyevdə “Parkinson” aşkarlandı: Maddi imkanım yoxdu, dərmanlar da işə yaramır

Allahverdi Yolçuyevdə “Parkinson” aşkarlandı: Maddi imkanım yoxdu, dərmanlar da işə yaramır


Məşhur aktyor Allahverdi Yolçuyevin səhhətində ciddi problemlər yaranıb.

Tanınmış aparıcı Hacı Nuran aktyora baş çəkib və onunla bağlı şəxsi “Facebook” hesabında məlumat paylaşıb.

Oxu.Az-ın əməkdaşı səhhətində yaranmış problemlə bağlı A.Yolçuyevlə əlaqə yaradıb.

O, son günlər vəziyyətinin daha da pisləşdiyini söyləyib: “Əllərim, barmaqlarım dayanmadan əsir, həkimlərin diaqnozuna görə, “Parkinson” xəstəliyidir. İki ildir ki, xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmayıb. Həkimlərin yazdığı dərmanlar da işə yaramır, səhhətim günbəgün daha da pisləşir. Heç bilmirəm bu xəstəliyin çarəsi Bakıda var, yoxsa yox?”

Aktyor bu xəstəliyin onun işinə də mane olduğunu vurğulayıb: “İş qabiliyyətimi də getdikcə itirirəm. Yalnız aradabir gedib, dublyaja baş çəkirəm. Maddi imkan da o dərəcədə deyil ki, müalicəmi davam etdirim. Tək istəyim tezliklə sağlamlığıma qovuşmaqdır”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *