Hacı Nuran xəstədir, yoxsa hospitalı reklam edir? – ŞOK İDDİA
Tanınmış teleaparıcı Hacı Nuran Hüseynov özünə məxsus “facebook” səhifəsində xəstəxanada yatdığını əks etdirən video paylaşıb.
Yenicag.az xəbər verir ki, Hacı Nuran onun ziyarətinə gələnlərə minnətdarlığını bildirib və yatdığı “Ege hospital”a təşəkkür edib.
Əslində bunun bir reklam kampaniyası olduğu bildirilir. Yeni fəaliyyətə başlayan hospitalın rəhbərliyinin “müştəri” qazanmaq üçün Hacı Nuran Hüseynovu xəstə kimi qəbul etdiyi, qarşılığında isə ona 10 min manat pul verdiyinə dair iddialar yayılıb. Bütün paylaşımlarında xəstəxananı qeyd edən aparıcının bu hərəkəti iddiaların doğru olduğuna əsas verir.
Videoya baxdıqda görünür ki, Hacı Nuranın ziyarətinə poni də gəlib. Yeni fəaliyyətə başlayan hospital ponilərin ayağına baxıl taxıbmı, bilinmir. Ümumiyyətlə, hospitala heyvanın daxil olması hansı gigyenik-sanitar nəzarətə uyğundur, hospital rəhbərliyi buna cavab verməlidir.
Səhiyyə Nazirliyinin poninin xəstəxanada nə işi olması barədə cavabını səbirsizliklə gözləyirik.
Post by aznews.info.
Mənbə:> Yeniçağ.az