Röya oğlu və Hacı Nuranla xəstəxanaya yollandı – FOTO
Müğənni Röya Ayxan və aparıcı Hacı Nuran Hüseynov yanğında yaralananları xəstəxanada ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə İnstaqram hesabında məlumat verən ifaçı oğlu Hüseyni də özü ilə aparıb. Hüseyn xəsarət alan həmyaşıdlarına hədiyyə təqdim edib.
Röya Ayxan sosial şəbəkədə fikirlərini bölüşüb:
“Mənim varlığım bu gün mayın 19-da yaşanan bədbəxt hadisədə zərərçəkən yaşıdlarını ziyarət etdi. Allah itirdiyimiz balalara rəhmət eləsin. Valideynlərinə səbr versin. Oradan sağ çıxan və bizim gələcəyimiz olan körpələrə can sağlığı arzulayıram. İndi də yanan binanın önünə gedirik. Çiçəyimizi qoyaq, şamımızı yandıraq. Ruhları şad olsun”.
Mənbə:> Oxu.Az