"Şeremetyevo"da yanan təyyarənin qara qutusu açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

"Şeremetyevo"da yanan təyyarənin qara qutusu açıldı TƏFƏRRÜATLAR

"Şeremetyevo"da yanan təyyarənin qara qutusu açıldı

Moskvanın “Şeremetyevo” aeroportunda qəzaya uğramış təyyarənin qara qutularından ilk məlumatlar əldə edilib.

Rusiya mətbuatının hadisənin təhqiqat qrupuna yaxın mənbələrə əsasən yayığı xəbərə görə, havaya qalxandan sonra təyyarə ildırımlı sahəyə düşüb. Pilotlar bu ərazidən yan keçməyə çalışıblar. Lakin generatorda baş verən gərginlik sıçrayışları üzündən təyyarənin sistemi sıradan çıxıb. Bundan sonra ekipaj aeroporta qayıtmaq üçün icazə istəyib. Eniş zamanı pilotlar naməlum səbəbdən sürəti artıraraq enmə əməliyyatını saatda 240 kilometr əvəzinə saatda 287 kilometr sürətlə yerinə yetiriblər.

AzərTAc xatırladır ki, mayın 5-də Moskvadan Murmanska uçan “Aeroflot” şirkətinə məxsus “SSJ-100” təyyarəsi eniş zamanı yanıb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *