Arif Rəhimov: Daha bizdə lyuklar uçmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto

Arif Rəhimov: Daha bizdə lyuklar uçmayacaq

Arif Rəhimov: Daha bizdə lyuklar uçmayacaq


Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov jurnalistlərlə görüşündə yarışın ilk günündə baş verən insidentdən danışıb.

Bununla bağlı “Sovetskiy sport” məlumat verib.

Yerüstü piyada keçidinə çırpılan evakuatorla bağlı insidenti şərh edən A.Rəhimov deyib:

“Bizdə həmişə standart prosedurlar olub. Bolid manipulyatorsuz alçaq yük maşınına qoyulurdu. Bu ildən alqoritmi dəyişmək qərarına gəldik. Manipulyatorlu yük maşını gətirildi. Hündürlüyünü yoxlamaq imkanımız olmadı.

Bəlkə, mən bütün insidentlər barədə danışım ki, sizin sualınız qalmasın? “Formula-2” zamanı iki marşal xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib. Birinci döngədə bizim xüsusi xəstəxanamız var. Sağ-salamatdırlar, yüngül xəsarətləri var.

Bu necə baş verdi? Öz qanunları var. Əgər mühərrik dayanıbsa, sürücü bolidi saxlayır. Marşallar gəlir və onu itələyir. Burada sürücü hansısa səbəbdən mühərriki işə salıb. Niyəsi məlum deyil. Cəza dərhal gəldi və sürücü federasiya tərəfindən istirahət günlərinin sonunadək uzaqlaşdırılıb. Qeyd edim ki, bu, marşalların deyil, sürücünün kobud səhvidir.

Qəza? Qəzaya trasın piarı kimi baxa bilərik. Belə də yazarsınız: Qəza - bu yaxşıdır, ancaq bizdə daha lyuklar uçmayacaq!”

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *