Azərbaycan Qran-Prisinin təşkilatçıları “Williams” komandasından üzr istədi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Avto, Video

Azərbaycan Qran-Prisinin təşkilatçıları “Williams” komandasından üzr istədi – VİDEO

Azərbaycan Qran-Prisinin təşkilatçıları “Williams” komandasından üzr istədi


“Formula-1” Azərbaycan Qran-Prisinin təşkilatçıları birinci sərbəst yürüş zamanı baş verən insidentlə əlaqədar “Williams” komandasından üzr istəyib.

“RİA Novosti” xəbər verir ki, bununla bağlı jurnalistlərə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov məlumat verib.

“Belə qəribə vəziyyət yarandı. Bütün trasda 300-dən çox lyuk var. Problem vizual olmayıb. Xoşbəxtlikdən pilot xəsarət almayıb. Biz “Williams” komandasından üzr istəyirik”, - A.Rəhimov deyib.

“Son illər bu cür analoji hadisələr Monako və Malaziyada da baş verib. Bu, yarışların şəhərdə keçirilməsini təhlükə altına qoymur”, - icraçı direktor əlavə edib.

Xatırladaq ki, birinci sərbəst yürüşü zamanı“Williams” komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya lyukuna ilişib. Hadisə nəticəsində bolid zədələnib və C.Rassel ikinci sərbəst yürüşü buraxmalı olub.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *