Xanımı Elçin Əlibəyli ilə bağlı xəbərlərə son qoydu
Teleaparıcı Elçin Əlibəyli barədə müxtəlif məlumatlar yayılıb. Bəziləri onun jurnalistikadan getdiyini deyir, bəziləri isə səhhətində ciddi problem yarandığına dair məlumat yayıb.
E.Əlibəylinin həyat yoldaşı Dilruba Vaqifzadə Oxu.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.
“Hər gün Elçin haqqında yalan xəbər çıxarırlar. Bunların hamısı onu zəif göstərmək üçün atılan təxribat xarakterli addımlardır. Saçlarını kəsdirdiyi üçün səhhətində problem olduğu, başından əməliyyat olunduğuna dair əsassız xəbər yaymışdılar.
Mən başa düşmürəm bunu heç nə soruşmadan, maraqlanmadan yayan saytlar nə fikirləşir?
İndi də jurnalistikadan getdiyini yazırlar. Çox güman bunu Elçinin yazdığı statusdan çıxardıqları mənaya dayanaraq yazıblar. Amma həqiqəti əks etdirmir. Elçin jurnalistikadan getmir. O, işi ilə nəfəs alan insandır. Yeni layihələr gözlənilir.
Elçin jurnalistika ilə yanaşı, yeni layihələrdə fəaliyyət göstərəcək. Mediadan getdiyinə və səhhətində problem olduğuna dair yayılan bütün xəbərlər yalandır”.
Mənbə:> Oxu.Az