Elçin Əlibəyliyə şok sözlər: “Sən kimsən ki, kanalın adına qara ləkə gətirirsən?”
Aparıcı İlham Mirzəyev həmkarı Elçin Əlibəyli haqda qalmaqallı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, o, “Bizimləsən” proqramında Əlibəylinin müğənni Maral Tahirqızını təhqir etməsini qınayıb.
İ.Mirzəyev bildirib ki, Elçin proqramında Azərbaycan qadınını təhqir edib:
“Vaqif Mustafayevə böyük hörmətim var, onun kanalında neçə il işləmişəm. “Space” mənə çörək verib. Bu yaxınlarda Elçin Əlibəyli öz verilişinə müğənni xanımı çağırdı. O da psixoloji cəhətdən xəstədir. Təsəvvür edin, məni verilişə çağırıb, sonra deyirsiz, durun gedin. Düzdür bu? Elçin Əlibəyli, sən kimsən o kanalın adına qara ləkə gətirirsən? Mən o kanal üçün alın təri tökmüşəm. Qonaq çağırmısan, sonra da deyirsən ki, çıx efirimdən get. Birinci çağırma, ikinci çağırmısan niyə qovursan? Yəqin ki, Vaqif Mustafayevin bundan xəbəri olmayıb. Bu qadının ruhi çatışmazlıq var. Aparıcı çağırdığı qonağı qovmalıdır?”.
Qeyd edək ki, E.Əlibəyli verilişdə M.Tahirqızını təhqir edərək, ona “Niyə özünüzü məhv edirsiniz? Kim sizinlə zarafat edib və inanmısınız? Siz müğənni deyilsiniz. Azərbaycan musiqisinin qara, bitmiş nöqtəsisiniz” sözlərini deyib.
Mənbə:> Axşam.az