Elçin Şıxlıdan sok qərar
"Ayna”-"Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı birdəfəlik jurnalistikadan getməyi planlaşdırır.
Bu barədə Elçin Şıxlı ANS PRESS-ə verdiyi açıqlamasında məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qəzetlərin fəaliyyətinin bərpası istiqamətində konkret bir irəliləyiş olmadığından belə qərar verib:
"Düşünürəm ki, Azərbaycanda sözü eşitmək istəyən adam yoxdur. Ona görə, jurnalistika ilə virtual məkanda belə məşğul olmağı lazım bilmirəm. Çünki normal jurnalistika ilə məşğul olmağın heç bir mənası yoxdur. Qəzetlərin fəaliyyətinin dayanmasının səbəbi konyukturaya uyğun hərəkət edib-etməməyimilə bağlı heç nə deyə bilmərəm. Çünki mən heç bir zaman konyuktura adamı olmamışam...".
Elçin Şıxlı "Ayna”-"Zerkalo” qəzetlərində çalışan əməkdaşların bir qisminin özünə iş tapdığını, bir qisminin isə hələ də işsiz olduğunu bildirib.
Mənbə:> ANSPRESS