Baloğlan Əşrəfov ATV-nin məşhur aparıcısını söyüb » AzNews.info -Xəbər portalı

Baloğlan Əşrəfov ATV-nin məşhur aparıcısını söyüb – VİDEO

Baloğlan Əşrəfov ATV-nin məşhur aparıcısını söyüb


Space TV-də canlı yayımlanan "Onda başladıq" verilişində qonaq olan müğənni Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylini başını kəsməklə hədələyib.

Elçin Əlibəyli öz facebook səhifəsində məsələyə aydınlıq gətirib:

"Baş verən hadisəyə aydınlıq gətirim. Bir neçə il öncə verilişimdə Baloğlan Əşrəfov Üzeyir bəy Hacıbəylini kəskin tənqid edərək, onun "çetvert ton" deyilən hind-fars xırdalılıqlarını musiqimizdən çıxartdığını, Avropa üslubuna uyğunlaşdırdığı üçün xəyanətkar adlandırmışdı. Bu məsələ o vaxt çox qınanıldı. Mənə də zəng edib hədələdilər ki, Baloğlanla işim olmasın. Mən fikir vermədim. Kamranın verilişində mövzu tənqid idi. Mən bu məsələni qeyd edən kimi Baloğlan Əşrəfov özündən çıxdı, belə bir şeyin olmadığını dedi. Halbuki, həm o, həm də Aygün Kazımovanın aparıcısı olduğu "Xoş gördük" verilişlərin arxivi, söhbətin canlı şahidləri var. Buna görə canlı efirdə Baloğlan Əşrəfov mənim başımı kəsəcəyini dedi və fasilə vaxtı küçə söyüşləri söydü. Mən mədəniyyətimi qoruyub heç bir cavab vermədim. Amma Üzeyir bəy Hacıbəyliyə qarşı haqsız ittihamın qarşısında susmayacağam".


Mənbə: Anews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *