Canlı efirdə Telli Borçalıya elçi düşdülər – FOTO
Aşıq Telli Borçalıya canlı efirə elçi düşüblər.
Nexeber.az-ın məlumatına görə, “5/5” verilişində qonaq olan aşığa özündən 10 yaş balaca olan Rüstəm adlı bir bəy aparıcı Zaur Kamala ismarış yazaraq Telli Borçalı ilə evlənmək istədiyini bildirib: “Salam Zaur bəy, Telli xanımı verilişinizə dəvət etdiyinizə görə sizə çox sağolun deyirəm. Tellini, doğrudan da, çox istəyirəm. Peşəm montajçıdır. İstilik sistemlərində boruları montajlayıram”.
Elçi düşən bəyin təklifinə isə T.Borçalı hələ cavab vermək istəmədiyini deyib: “Belə şəkildə gördüm, çox yaraşıqlı oğlandır. Amma real həyatda görməmişəm, nəsə deyə bilmərəm. Nə olar ki, elçi düşən oğlanı efirə çağırın. Elə olsun ki, həmin verilişdə mən də olum”.
Mənbə:> Nexeber.az