Hindistanda 97 nəfər spirtli içkidən öldü
Hindistanda 3 gün ərzində 97 nəfər spirtli içkidən ölüb.
Oxu.Az IANS agentliyinə istinadən xəbər verir ki, ölüm halları Uttar-Pradeş və Uttarakhand ştatlarında qeydə alınıb.
Məlumata görə, fevralın 7-də dəfn mərasimində spirtli içki qəbul edən kənd sakinləri özlərini sonradan pis hiss edib.
Polis araşdırma zamanı 10 min litrdən çox qeyri-leqal yolla istehsal edilmiş spirtli içki müsadirə edib.
Mənbə:> Oxu.Az