Spirtli içkinin ürəyə xeyri aşkarlandı
Alimlər ürək çatışmazlığı diaqnozu qoyulmuş yaşlı insanlarda ölüm riskinin azalması ilə mütəmadi, lakin az miqdarda spirtli içki qəbulu arasında əlaqə aşkarlayıb.
Oxu.Az xəbər verir ki, Vaşinqtonun Tibb Universitetinin mütəxəssislərinin apardığı araşdırmanın nəticələri “EurekAlert!” portalında dərc olunub.
Müşahidə xarakterli araşdırmada ürək-damar sisteminin pozuntuları olan 393 pasiyent iştirak edib.
Məlum olub ki, həftədə yeddi dəfə və ya daha az standart porsiyalarda spirtli içkinin qəbulu, içməyənlərlə müqayisədə xəstələrin ömrünü 393 gün uzadıb. Diaqnozun qoyulduğu vaxtdan bəri orta sağ qalma müddəti 7,5 il təşkil edib.
Mənbə:> Oxu.Az