Çeçenistanda spirtli içki satan bütün dükanlar bağlandı
Çeçenistan Respublikasında spirtli içki satan bütün dükanlar onlara verilən lisenziyalardan imtina ediblər və fəaliyyətlərini dayandırıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Qafqaz.Realii” regional internet portalı yazır.
Ümumilikdə Resbpublikada spirtli içki satan 14 mağaza var idi. Bu dükanlar gündə iki saat — 8-dən 10-a qədər fəaliyyət göstərirdilər.
Nəşrin məlumatına əsasən, spirtli içki satan dükan sahiblərini Parlament sədri, yollarda qəzaların azaldılması üzrə əməliyyat qərargahının rəhbəri Maqomed Daudovla görüşə dəvət ediblər. Bundan sonra sahibkarlar lisenziyalarından imtina ediblər. Hökümət onlara yeni biznesin qurulmasında kömək vəd edib.
Mənbə:> Oxu.Az