Dövlət qulluqçularının 4,3 faiz narkomandı
İçkiyə daha çox meyilli insanlar ağır fiziki işlə məşğul olan peşə sahibləridir.
ANS PRESS-in məlumatına görə, bu qənaətə ABŞ-ın Səhiyyə Nazirliyi gəlib.
Onların qiymətləndirməsinə görə, içkiyə meyilli insanların siyahısına şaxtaçılar və inşaatçılar daxildir.
2008-2012 ildə keçirilmiş tədqiqatda sosioloqlar bir ay ərzində hər gün beş və daha çox spirtli içki istifadə etmiş şəxslər arasında araşdırma aparıb.
Mütəxəssislərin hesablamalarına görə, 17,5 faiz şaxtaçı spirtli içkidən istifadə edir. 16,5 faiz ilə inşaatçılar ikinci yerdə qərarlaşıb.
Alkoqolizmin inkişafı ilə bağlı siyahıda üçüncü yerdə mehmanxana və restoran biznesində məşğul olanlar durur. Bu sahənin əməkdaşları narkotiklərdən istifadədə isə birinci yerdədir. Onların 19 faizi narkotik maddələrdən istifadə edir.
Spirtli içki həvəskarlarının siyahısında aşağı yerləri təhsil və səhiyyə işçiləri tutur. Onların 5 faizi spirtli içki qəbul edir.
Ən az narkomanlar məmurlar arasında olub - dövlət qulluqçularının 4,3 faiz narkomandı.
Mənbə:> ANSPRESS