Sabirabadda maşın piyadanı vurub öldürdü

Sabirabad rayonunda avtomobillə vurulan piyada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bulaqlı kəndində baş verib.
Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Murad Bəylər oğlu Nəsirov “QAZ-3110“ markalı, 10 HT 838 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, yolun kənarında dayanmış, Sabirabad rayonunun Rüstəmli kənd sakini Nadir Hüseynovu vurub.
Yaralı 1 saylı Respublika Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır
Mənbə: Oxu.Az