Qatı duman Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
Biləsuvar və Cəlilabad rayonlarındadumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.
"Report"un məlumatına görə, duman axşam saatlarından etibarən Biləsuvar rayonu ərazisində və yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində müşahidə edilir.
Görmə məsafəsi azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.
Dumanlı hava şəraiti həmçinin Biləsuvar rayonunun kəndlərarası yollarında da nəqliyyatın hərəkətində problem yaradıb.
Qeyd edək ki, dünən səhər saatlarında da oxşar hava şəraiti hökm sürüb.
Mənbə:> Report