“Bir həftədir su üzünə həsrətik…” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Bir həftədir su üzünə həsrətik…”

“Bir həftədir su üzünə həsrətik…”

Binəqədi rayonu ərazisindəki “Keyrəki” palçıq vulkanının ətəyində məskunlaşan sakinlər bir həftədən artıqdır suya həsrət qalıblar.

Bu şikayətlə virtualaz.org saytının redaksiyasına həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, işlətdikləri su əslində istifadəyə yararsız və bulanıqdır. Amma bununla belə əlacsızlıqdan çirkli suyu içkəm məcburiyyətində qalıblar. İndi isə çirkli su da kəsilib.

“Bizim evlərin hamısına smart tipli sayğaclar quraşdırılıb, amma buna baxmayarag vaxtaşırı su problemi ilə üzləşirik. Verilən su da lilli, çirkli, bulanıqdır. Amma buna baxmayarag, biz sakinlər, hər şeyə dözürdük. Artıq 2-ci həftədir ki su üzünə həsrətik. Xahiş edirik, bizə su probleminin həllində köməklik edəsiniz”, -deyə şikayətçilər bildirirlər.

“Bir həftədir su üzünə həsrətik…”


Sakinlər qeyd edirlər ki, “Azərsu” ASC-nin Binəgədi Sukanal İdarəsinə dəfələrlə şikayət etsələr də, faydası olmayıb.

Problemlə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı virtualaz.org-a bildirdi ki, problemi aradan qaldırmaq üçün əraziyə dərhal nümayəndə göndərilib. Yaxın günlərdə sakinlərin su problemi həllini tapacaq.

“Həmin ünvanda vətəndaşların heç vaxt su problem olmayıb. Sakinlərə su problemini qonşuları yaradıb. Qonşu gəlib orada ev tikib, sakinlərin fərdi nasosxanasını, su xətlərini vurub dağıdıb, mühərriki qırıb. Ona görə də, sakinlər həmin ərazidə sistem qura bilmirlər. Yay aylarında problem olmur, çünki yayda magistral xətlərdə təzyiq yüksək olur, qış aylarında belə problem yaranır. Artıq nasos ləğv olunduğuna görə, su öz təzyiqi ilə gedir və nəticədə sakinlər susuz qalır. Binəqədi Sukanal İdarəsinə məlumat verilib, onlar əraziyə gedib problemi aradan qaldıracaqlar, məsələ nəzarətdə saxlanılacaq”, - A.Cəbrayıllı deyib.

A.Cəbrayıllı həmçinin sakinlərin suyun keyfiyyəti ilə bağlı narazılıqlarına da münasibət bildirərək qeyd edib ki, sözügedən ünvana Ceyranbatandan, təzə qurğudan su verilir və həmin su lilli ola bilməz.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *