İranda qarlı hava yol qəzalarını artırdı
Ötən günün axşam saatlarından bu vaxta qədər İranın müxtəlif vilayətlərində baş verən yol qəzaları nəticəsində 13 nəfər həlak olub, 25 nəfər yaralanıb.
İranın Həmədan vilayəti Yol Polisi İdarəsinin rəis polkovniki Rza Əzizinin sözlərinə görə, ötən gecə Həmədanda baş verən 4 yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər həlak olub.
Digər 9 nəfər isə İranın Cənubi Xorasan və Şimali Xorasan vilayətlərində baş vermiş yol-nəqliyyat hadisələri zamanı ölüb.
Trend xatırladır ki, son günlər İranda qar və yağışlar nəticəsində yol qəzalarının sayı artıb.
Mənbə:> Virtualaz.org