Təbiət İranı viran qoyur: 171 nəfər...
İranın cənub-şərqində baş verən qum fırtınası səbəbindən 171 nəfər xəstəxanaya yerləşdirilib, Sistan və Bəlucistan vilayətlərində bir neçə təyyarə reysi təxirə salınıb.
Milli.Az bildirir ki, bu barədə axar.az xəbər verir.
Məlumata görə, avqustun 20-dən bu yana xəstəxana və digər tibbi mərkəzlərə nəfəs yollarında tutulma, göz və ürəklə bağlı 810 nəfər müraciət edib, onlardan 639-u ambulator müalicələrdən sonra evə buraxılıb.
Qırmızı Xaç təşkilatının əməkdaşları insanlara içməli su və lazımi əşyalar verir. Şənbə günündən güclü qum fırtınası səbəbindən bütün dövlət idarələri bağlanıb. Proqnozlara görə, fırtına hələ 3 gün də davam edəcək.
Qeyd edək ki, dünən İranın Kirmanşah vilayətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 232 nəfər isə yaralanıb.
Mənbə:> Milli.Az