İranda şaxtada partlayış: 21 nəfər ölüb – YENİLƏNİB + FOTO
İranın Gülüstan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 2 nəfərin öldüyü, 26 nəfər yaralandığı bildirilirdi, 90 nəfərin yerin altında qaldığı ehtimal edilirdi.
Hadisə ölkənin şimal-qərbindəki Gülüstan vilayətinin Azadşəhr şəhərində baş verib.
16:10
Partlayış İranın şimali-qərbində kömür şaxtasında baş verib, dağıntılar altında 50-yə qədər adamın qaldığı etimal edilir.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Fövqəladə hallar üzrə yerli idarəyə istinadən İRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə Azadşəhrin yaxınlığında yerləşən Qolestan əyalətində çərşənbə günü günorta saatlarında baş verib.
“Təxminən 40-50 nəfər dağıntılar altında qalıb”, - Qolestanın fövqəladə hallar üzrə idarənin rəhbəri Sadek Əli Mokaddam bildirib.
Mənbə:> APA