Maqnitoqorskda faciə: ölənlərin sayı 38-ə çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Maqnitoqorskda faciə: ölənlərin sayı 38-ə çatdı – YENİLƏNİB

Maqnitoqorskda faciə: ölənlərin sayı 38-ə çatdı

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yaylb.

Daha 3 nəfərin taleyi naməlum olaraq qalır.

* * *11:21

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yaylb.

"Dağıntılar altından çıxarılan sonuncu şəxsin cinsiyyəti məlum deyil", — deyə məlumatda bildirilir.

Daha 4 nəfərin taleyi naməlum olaraq qalır.

Qeyd edək ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

* * *00:37

Virtualaz.org "Mash" telegram-kanalına istinadən xəbər verir ki, Maqnitoqorskda uçulmuş binanın dağıntılarının altından faciənin 33-cü qurbanının cəsədi çıxarılıb.

Daha 8 nəfərin taleyi naməlum olaraq qalır.

* * *18:59

Dekabrın 31-də səhər saat 6-da (Bakı vaxtı ilə 5-də) Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində 10 mərtəbəli yaşayış binasının bir blokunun uçulması nəticəsində ölənlərin sayı artır.


Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, bu dəqiqələrdə dağıntılar altndan faciənin 22-ci qurbanının cəsədi çıxarılıb.

Binanın təxminən 20 sakininin taleyi naməlum olaraq qalır.

Yanvarın 2-si Çelyabinsk vilayətində matəm günü elan edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *