Rusiyada partlayış nəticəsində ölənlərin sayı 26-ya çatdı » AzNews.info -Xəbər portalı

Rusiyada partlayış nəticəsində ölənlərin sayı 26-ya çatdı – VİDEO (YENİLƏNİB)

Rusiyada partlayış nəticəsində ölənlərin sayı 26-ya çatdı


Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 26 nəfərə çatıb.

Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altından qadın və kişi meyiti çıxarıblar.

16:24

Dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumatına görə, 21 nəfərin taleyi hələ də məlum deyil, evin dağıntıları altında isə beş uşaq qalır.



13:25

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb. Bundan başqa, dağıntılar altında 23 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən ikisinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

Xatırladaq ki, dekabrın 31-i gecə saatlarında Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *