İndoneziyada zəlzələ baş verib

İndoneziyanın Cənubi Sumatra əyalətində 5.8 bal gücündə zəlzələ baş verib.
Oxu.Az - ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 08:39-da qeydə alınıb. Zəlzələnin episentri Lubuklinqau şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 168 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: Oxu.Az