Rusiyada 6.5 bal gücündə zəlzələ baş verdi
Kamçatka sahillərində 6.5 bal gücündə zəlzələ qeydə alınıb.
Rusiya mediası xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Zəlzələnin episentri 78 km Ust-Kamçatsk qəsəbəsindən cənubda, ocağı isə 76.2 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Mənbə:> Yeniçağ.az