ABŞ-da güclü zəlzələ baş verib
ABŞ-ın Kaliforniya ştatının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
AzNews.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Ferndeyl şəhərindən 165 kilometr qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Hazırda dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq elan olunmayıb.
Mənbə:> TASS