ABŞ-da 7 bal gücündə zəlzələ oldu
ABŞ-ın Alyaska ştatının cənub-qərbində 7 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti xəbər yayıb.
Məlumata əsasən yeraltı təkanların episentri Çirikova adasından 11 kilometr şimal-qərbdə olub.
Təkanların mənbəyi isə 51 kilometr dərinlikdə olub. Hələ ki, tələfat və ya dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, ABŞ-ın 49-cu ştatının 1 milyona yaxın əhalisi var .
Mənbə:> ANSPRESS