Las-Veqas silkələndi
Amerikanın Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri "Ria Novosti" agentliyi yayıb.
Zəlzələ yerli vaxtla saat 11.47-də qeydə alınıb.
Episüentr Kolyente şəhərindən 39 kilometr cənub qərbdə olub.
Yeraltı təkanların mənbəyi isə 19,4 kilometr dərinlikdə olub.
Zəlzələdə zərər çəkənlər və dağıntılar barədə hələ ki, xəbər verilməyib.
Mənbə:> ANSPRESS