İndoneziyada zəlzələ - 5,7 bal
İndoneziyada güclü zəlzələ baş verib.
“Qafqazinfo”nun “İnterfax.ru”ya istinadən verdiyi məlumata görə, 5,7 maqnitudalı zəlzələ ocağı Cayapura qəsəbəsindən 238 km qərbdə, 28,3 km dərinlikdə yerləşib.
Ölkədə sunami təhlükəsi elan olunmayıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Mənbə:> Qafqazinfo.az