Bakı Limanı köçürülür
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının köçürülməsinə başlanılıb.
Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli deyib.
V.Səfərlinin sözlərinə görə, növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019-cu ilin I rübündən bütün əməliyyatlar orada həyata keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub.
Terminal ildə 150 min sərnişinə xidmət göstərəcək. Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və yaxud xüsusi proqram yükləməklə əldə edə biləcəklər.
Mənbə:> Virtualaz.org