Azərbaycanın ən böyük dəniz limanı » AzNews.info -Xəbər portalı

Azərbaycanın ən böyük dəniz limanı – VİDEO

Azərbaycanın ən böyük dəniz limanı


Ələtdə inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında böyük infrastruktur işləri görülür.

AzNews.info Xəzərxəbər-ə istinadən xəbər verir ki, yeni bərə terminalları və yük körpüləri tikilir.

Ümumi smeta dəyəri 870 milyon manat olan limanın 2017-ci ilin sonuna kimi tam hazır olması nəzərdə tutulur.

İnşasına ötən ildən başlanılan Bakı Beynəlxalq Ticarət Limanı 400 hektar ərazini əhatə edir və 3 hissədən ibarətdir. Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin inkişafında böyük rol oynayacaq bu liman vasitəsilə Qazaxıstanın Aktau limanına yük maşınları da daşınır.

Bir müddət öncə Qazaxıstan tərəfindən qaynaqlanan problemlər və hava şəraiti ilə əlaqədar bu maşınların daşınmasında yubanmalar yaşansa da, artıq bu məsələlər həll edilib.

Müvəqqəti olan vaqonlarda sürücülərə market və kafe xidmətləri göstərilir. Eyni zamanda liman ərazisində Dövlət Gömrük və Sərhəd xidmətləri əməkdaşları üçün inzibati binalar da inşa edilib.


Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *