Dünyanın heyran olduğu 10 saray – FOTO
Səyahət jurnalı olan "Travel + Leisure" dünyanın ən çox ziyarət edilen saray və qalalarının siyahısını hazırlayıb. Bu siyahıda olanların hamısını insanın "ölmədən öncə görməli olduğu yerlər" siyahısına düşməyə layiqdir.
1.Qadağan edilən şəhər (Çin)
İllik ziyarətçi sayı - 15 milyon 300 min
Parlaq qırmızı binalar, qızılı məbədlər, sonu görünməyən pilləkanlar... Bu şəhər bir zamanlar imperatorların və onların ailələrinin evi idi. İndi isə gündə minlərlə turist qadağan edilən şəhərə girir. Səyahətə getmək üçün ən yaxşı vaxt iyun ayının əvəllidir.
2.Luvr (Fransa)
İllik ziyarətçi - 9 milyon 300 min
Luvr muzeyi bir zamanlar saray kimi istifadə edilib. Bu bina 12-ci əsrdə qala olaraq inşa edilib. Yüz illər burada krallar yaşayıb. İndi isə dünyanın ən məşhur muzeylərindəndir və Mona Lizanın "evidir".
3.Böyük saray (Tayland)
İllik ziyarətçi - 8 milyon
Bankonqdakı göz oxşayan bu saray kompleksindən hələ də kral ofisi kimi istifadə edilir. Tayland kralları taclarını burada taxırlar. Ən görməli yeri isə Zümrüd Budda məbədidir. Sarayda zarafatla belə olsa kral haqqında bilib-bilmədən danışmayın. Çünki burada hamı öz kralını həddindən çox sevir.
4.Versal sarayı (Fransa)
İllik ziyarətçi - 7,5 milyon
14.Luis 72 illik hökmdarlığı dövründə özü üçün bir çox məşğələ axtarıb. Bunlardan ən böyüyü məhz bu saray olub. "Günəş Kral"nın 1600-cü illərdə inşa etdirdiyi bu dəbdəbəli saray "krallara layiq" ifadəsinə tam uyğundur. Turistlərin ən çox sevdiyi yer isə Güzgülü salon və Mariya Antoinettanın otağıdır.
Sarayı gəzərkən vaxtınızın çoxunu baxçaya ayırın.
5.Topqapı sarayı (Türkiyə)
İllik ziyarətçi - 3 milyon 350 min
Cumhuriyyət tarixinin ilk muzeyi, İstanbulun yaraşığı olan Topqapı Sarayı turistlərin ən çox sevdiyi yerdir. Hər otağında, dəhlizində fərqli bir tarix var. Bu saraydan boğaz mənzərəsini izləmək isə başqa bir zövqdür.
Keçən il turistlərin ixtiyarına Matbah-ı Amirə yəni Sultanın mətbəxi də verilib.
6. Ermitaj (Rusiya)
İllik ziyarətçi - 3 milyon 100 min
Sankt Peterburqda Neva çayının sahilindəki bu möhtəşəm tikili barokko memarlığının ən gözəl nümunəsidir. 1057 otaq, 1786 qapı, 1945 pəncərə... 1917-ci ildə Bolşevik inqilabına qədər çarların sarayı kimi istifadə edilib. İndi muzey kimi fəaliyyət göstərən Ermitaj dünyanın ən zəngin kolleksiyalarından birinə sahibdir.
7.London qülləsi (İngiltərə)
İllik ziyarətçi - 2 milyon 900 min
Qala kimi inşa edilib, tarix ərzində saray, həbsxana kimi kimi istifadə edilib. Sarayın otaqları İngiltərə tarixinin ən qanlı sirləri ilə doludur.
Əslində bu bina siyahıdakı ən zəif binalardan biridir.
8. Şönbrun Sarayı (Avstraliya)
İllik ziyarətçi - 2 milyon 800 min
1441 otaqlı rokoko üslubundakı bu zərif bina 300 ilə yaxın Habsburq Xanədanının yay sarayı kimi istifadə edilib. Motsart 6 yaşında olarkən bu binada konsert verib. 40 otağı ziyarətə açıqdır. Amma əsas göz oxşayan yer bağçalarıdır. Gəzmək üçün ən gözəl zaman apreldir.
9. Elhamra sarayı (İspaniya)
İllik ziyarətçi - 2 milyon 300 min
Əndəlüs əməvilərinin İspaniyada qoyduqları tarixi-mədəni mirasın ən önəmli hissəsidir. Qala saray, labirint baxçalar, günəş batarkən qızıla dönən divarlar turistləri cəlb edir. Yaz ayları səyahət üçün ən gözəl fəsildir.
10.Şuri qalası (Yaponiya)
İllik ziyarətçi 1 milyon 750 min
Çin üslubundakı səkkiz qapıdan keçən şəxs özünü şərq nağının içərisində görəcək. Bu saray 400 il krallara ev sahibliyi edib. İkinci dünya savaşı zamanı yerlə bir edilən sarayın restavrasiyası 1990-cı illərdə tamamlanıb.
Mənbə:> ANSPRESS