Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub

Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub

Son günlər hisə verilmiş qida məhsullarından zəhərlənmələr və hətta bir uşağın ölməsi barədə həyacanlı xəbərlər yayılır.

Belə ki, Şabranda 7 nəfərin hisə verilmiş balıqdan zəhərlənməsinin ardından Keşlədə bir ailənin mağazadan alınan hisə verilmiş balıqdan zəhərləndiyi və 10 yaşlı Fatehin öldüyü xəbərləri yayıldı. Baxmayaraq ki, Qida Təhlükəsizliyi Agentliyi sonuncu hadisənin dəm qazından baş verdiyini açıqlayıb, amma hələ də xüsusilə sosial şəbəkələrdə ailənin yaxınları tərəfindən uşağın balıqdan zəhərləndiyi barədə yazırlar.

Virtualaz.org xəbər verir ki, hisə verilmiş dəniz məhsullarının geniş çeşiddə satıldığı Bakının “Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki bazarda da bu günlərdə 10 yaşlı Fatehin ölümü müzakirə edilməkdədir. Hətta bazarda bəzi satıcılar danışırlar ki, hisə verilmiş balıq məhsulları satanları tuturlar.

Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub


Amma buna baxmayaraq bazarda piştaxta arxasında, arabaların üstündə, hətta yol kənarında quraşdırılmış köşklərdə belə hisə verilmiş balıq satılır. Məhsulların qiyməti çeşidə görə dəyişir, Həştərxandan gətirilən hisə verilmiş leş balıqlarının bir kiloqramı 10, Neftçalada hisə verilmiş balıq məhsulları 6-8, Naxçıvanın hisə verilmiş sazan balıqlarının kilosu 16 manatdan başlayır.

“Masallinski” Nəzakət Balıqova?

Bazarın tən ortasında arabada hisə verilmiş balıq satan satıcı özünü belə təqdim edir: “Masallinski Nəzakət Balıqova, 20 ildir bu bazarda hisə verilmiş balıq satıram”.

Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub


Əlavə edir ki, ona dəfələrlə sex malı sırımaq istəyiblər, hətta üstündə faiz də təklif olunub, amma müştərilərini itirməmək üçün razılaşmayıb.

“Bazarda hər cür məhsula rast gəlmək olar, dedim ki, mən sex malı satıb bu yaşımdan sonra həbsdə yatan deyiləm. Keşlədəki hadisəyə görə tutulanlar var”,-satıcı deyir.

Qadın qarşıda, arabanın üstündə balıq satanları göstərib deyir ki, onlar alıcıya iylənmiş balıq sırımaq baxımından ustadırlar: “Alıcı dedi ki, xala gözüm bağlandı, səni görmədim, başqasından aldım, balıq zay çıxdı. Dedim apar bu iylənmiş balığı satıcıya yedizdir, gör yeyə bilirmi?!”

Satıcıdan məsləhət: “Əvvəl özün ye, sonra uşağa ver”

Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub


Satıcılardan biri isə satdığı balıqların keyfiyyəti ilə bağlı sualımızı belə cavablandırır: “Əvvəl özün ye, yarım saatdan sonra uşağa ver”.

Satıcı zəhərlənmə versiyasının ola biləcəyini istisna edir, amma deyir ki, tədbirli olmaq üçün hətta meyvə-tərəvəzin də ilkini valideyn özü dadmalıdır.

“Elə bilirsiz, bazardakı balıqlar fərqli yerlərdən gəlib? Hamı eyni adamın məhsulunu satır, sadəcə bəziləri alıcını inandırmağı bacarır. Naxçıvan, Həştərxan, Neftçaladan gətirilən balıqlar zavod məhsullarıdır, qalanları sex malıdır”, -satıcı əlavə edir.

Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub


Maşın təkərini yandırıb hisində balıq qurudanlar...

Qabil adlı satıcı isə and içir ki, 10 yaşlı Fatehin ölümünə elə məhz avtomobil şinlərini yandırıb hisində qurudulan balıq səbəb olub, digər versiya ona inandırıcı gəlmir.

“Dədə-babadan balığı evlərdə, sexlərdə qurudublar. Mən əvvəllər evdə hazırlayırdım. Amma biri var, isti hisləmə, biri var soyuq hisləmə, gərək bu texnologiyaya yaxşı bələd olasan. Əvvəl şabalıd, palıd qabıqlarından istifadə edirdim. Zəhərlənmələr əsasən təkəri yandırılıb balığı hisinə verəndə baş verir. İndi kim gəldi, harada gəldi bu işlə məşğuldur”-satıcı bildirir.

Bakıda təkər yandırıb hisində balıq qurudanlar peyda olub


Amma bazarda hisə verilmiş balıqların satışı pis getmir, alıcıların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Alıcılardan biri deyir ki, az qala hər həftə hisə verilmiş balıq alır. Hələ ki narazı deyil...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *