Nazirlik ovlanması qadağan edilən balıq növlərinin adlarını açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nazirlik ovlanması qadağan edilən balıq növlərinin adlarını açıqladı

Nazirlik ovlanması qadağan edilən balıq növlərinin adlarını açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ovlanması qadağan edilən balıq növlərinin adlarını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və ovu qadağan edilmiş balıqlar dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığıdır.

Qeyd edək ki, bir qədər əvvəl ETSN icazə verilən balıq ovuna görə dövlət rüsumlarını açıqlayıb. Bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilməlidir.

Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində balıq ovlanmasına icazə verilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *