Nargində qanunsuz balıq ovlayan şəxs tutulub
Xəzər dənizinin Nargin adasının yaxınlığında keçirilən reyd zamanı icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı ov edən şəxsin Bakı şəhər sakini Rəşid Səfərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və rezin qayıq götürülüb.
Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyer barəsində 792 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.
Mənbə:> Oxu.Az