Bayram yarmarkası: alıcı narazı, satıcı narahat... » AzNews.info -Xəbər portalı

Bayram yarmarkası: alıcı narazı, satıcı narahat... QIYMƏTLƏR..

Bayram yarmarkası: alıcı narazı, satıcı narahat...

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bayram yarmarkaları bu gündən etibarən fəaliyyətə başlayıb. Dekabrın 31-dək davam edəcək yarmarkalar Bakıda beş, Sumqayıtda iki ərazidə təşkil olunub. Nazirlik yarmarkaya çıxarılan məhsulların bazarlardakı qiymətlərə nisbətən 30-40 faiz ucuz satılacağını vəd edib.

Virtualaz.org saytının əməkdaşlarının yarmarkalarda apardığı müşahidilərə əsasən, meyvə-tərəvəz məhsullarının qiymətində endirim olsa da, quş əti və balığın qiyməti digər bazarlardan fərqli deyil.

Bayram yarmarkası: alıcı narazı, satıcı narahat...


“Elit” ticarət mərkəzinin yaxınlığındakı yarmarkada alıcı əlindən tərpənmək mümkün deyil. Bazarın girəcəyində mal, qoyun və quş ətinin, yumurtanın, eləcə də meyvə-tərəvəz məhsullarının qiymətləri yazılmış lövhə vurulub. Satıcılar isə deyirlər ki, lövhədəki qiymətlər tövsiyə edilmiş məbləğdir, məsələn, kənd yumurtasını 15 qəpiyə satmaq sərf etmir. Buna görə də, yumurta 20 qəpiyə satılır.

Diri toyuq çəkisinə görə 7-9, xoruz 15, hind toyuğu 18-35, qaz 20, ördək 15-25 manata satılır. Buzlanmış toyuq 5, xoruz 10, hind toyuğu (kiloqramı) 9-11 manatdan satılır. Balıq isə 4 manat 50 qəpikdən 8 manata qədərdir. Mal əti 7, qoyun əti isə 6 manat 50 qəpiyə təklif edilir.

Bayram yarmarkası: alıcı narazı, satıcı narahat...


Yarmarkaya çıxarılan meyvə-tərəvəzin birbaşa rayonlardan gətiridiyi iddia olunur. Nar 1-2 manat, banan 1 manat 80 qəpik, portağal 1 manat 50 qəpik, alma 80 qəpik-2 manat, üzüm 2 manata satılır. Badımcan 2 manat, pomidor 2 manat 50 qəpik-4 manat, xiyar 3 manat, göyərti 25 qəpikdir. Qusardan gətirildiyi iddia olunan pendirin qiyməti isə 5 manatdan başlayır.

Yarmarkada diqqət çəkən məqamlardan biri də qırmızı kartofun qiymətidir - 1 manat 30 qəpik. Halbuki, Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki 4 saylı bazarda qırmızı kartofu 90 qəpik-1 manata almaq mümkündür. Satıcı deyir ki, kartofu səhər tezdən Gədəbəydən gələn kəndlidən alıb, üstünə 10 qəpik qoyaraq satır. Bu yarmarkada alverçilərin deyil, fermerlərin, kəndlilərin məhsul satmalı olduğu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin xəbərdarlığını yada salırıq və “burdakı satıcıların 80 faizi qonum-qonşudur”, - cavabını alırıq.

Bayram yarmarkası: alıcı narazı, satıcı narahat...


Qoz, fındıq və şabalıdın qiyməti isə marketlərdəki qiymətlərdən fərqlənmir. Qoz ləpəsi 17-22, fındıq isə 15-19 manatdır. Satıcı deyir ki, qiymətlər məhsulun keyfiyyətindən asılıdır. Məsələn, Zaqatala və İsmayıllıdan gətirilən məhsullar nisbətən bahadır.

Satıcılardan fərqli olaraq, alıcılar yenə də bahalıqdan şikayətçidirlər. Alıcı Mətanət Həsənova deyir ki, hazırda digər bazarlarda da hind toyuğunun kiloqramı 9-10 manata satılır: “Diri toyuq 7-8 manatdır, buzlanmış toyuğu 5 manata aldıq. Yumurta da hər yerdə 20 qəpiyədir. Kartofun, soğanın, kələmin qiyməti 5-10 qəpik fərqlidir. Bayramda kələm, ya badımcan alan var?”

Bayram yarmarkası: alıcı narazı, satıcı narahat...


Quş əti satışı ilə məşğul olan Cəfər isə deyir ki, adi günlərdə qaz, ördək və hind toyuğuna təlabat az olduğundan, səbirsizliklə bayram bazarını gözləyirlər. “Bazara 30 hind toyuğu çıxarmışam, heç 15-ni sata bilməmişəm. Amma buna da şükür. Bəzən ayda 2-3 hind toyuğu alan olmur. İndi yalnız ad günlərində və ya bayramlarda qazancımız olur”, - Cəfər deyir.

Quş əti satanlardan fərqli olaraq, qəssablar alıcı azlığından şikayətçidirlər. “Bütün heyvanlar baytar nəzarətindən keçirilib. Baxın, sənədlər də var. Amma çoxları yarmarkada satılan ətlərin yaşlı heyvanları əti olduğunu, bu səbəbdən ucuz satıldığını düşünürlər. Amma digər yerlərdə satılan ətlərdən fərqi yoxdur”, - satıcılar deyir.

Onu da qeyd edək ki, satıcılar yarmarkanın son günləri qiymətin nisbətən bahalaşacağını da gizlətmirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *