Moskvada keçmiş “Çerkizov” bazarının yerində yaşayış evləri tikiləcək
Moskvada mənzil fondlarının yenilənməsi proqramı çərçivəsində Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək.
Moskva Memarlıq və Şəhərsalma Komitəsinin sədri Yuliana Knyajevsakya bu barədə “Moskva” agentliyinə məlumat verib.
Onun sözlərinə görə, mənzil fondlarının yenilənməsi proqramının həyata keçirilməsi üçün 2019-cu ilin birinci yarısında keçmiş Çerkizov bazarı ərazisinin planlaşdırma layihəsi hazırlanacaq.
Məlumat üçün: 1990-cı illərin əvvəlindən 2009-cu ilə qədər fəaliyyətdə olmuş Çerkizov bazarı Moskvada iri əşya bazarı idi. Rusiya Miqrantlar Federasiyasının məlumatına görə, həmin bazarda 100 mindən çox insan çalışırdı. 2009-cu ildə Moskva hökumətinin qərarı ilə bu bazar ləğv edilib.
Mənbə:> Virtualaz.org