KİV: Telman İsmayılovun bir sıra aktivləri Beynəlxalq Bankın nəzarətindədir » AzNews.info -Xəbər portalı

KİV: Telman İsmayılovun bir sıra aktivləri Beynəlxalq Bankın nəzarətindədir

KİV: Telman İsmayılovun bir sıra aktivləri Beynəlxalq Bankın nəzarətindədir


“Telman Mərdanoviç baş verənlərdən şokdadır və heç kimlə danışmaq istəmir”, - Telman İsmayılovun çevrəsindən olan şəxs müsahibə üçün müraciət edən “Vedomosti”yə bildirib, Oxu.Az xəbər verir.

Belə ki, VTB qrupuna daxil olan Moskva Bankı biznesmenin iflası barədə iddia irəli sürüb.

İşlər çox pisdir. Kreditorlar bütün dünyada əmlakın həbsinə nail olurlar. Biznesmen hesab edir ki, onun aktivlərinə reyd hücumu aparılır, bu barədə “Vedomosti”yə onun iki tanışı bildirib. Amma deyəsən, Çerkizov bazarını itirdikdən sonra İsmayılov öz ambisiyalarını yumşaltmayıb, meqalayihələrə sadəcə pul çatmırdı.

“Komersant” yazır ki, milyarderin bəzi aktivləri “ABB-Moskva” filialı ilə Azərbaycan Beynəlxalq Bankının nəzarəti altına keçib.

Milyarderə həsr edilmiş materialda qeyd olunana görə, İsmayılov gözlənilmədən aşkar edib ki, Rusiyada dostu az, düşməni isə çoxdur.

“İsmayılovun əsas problemi onun dost münasibətlərini necə anlamasındadır”, - onun keçmiş tərəfdaşlarından biri belə hesab edir.

“Əgər ona kim isə lazım idisə və ya sadəcə xoşuna gəlirdisə, o həmin adamı özünə yaxınlaşdırır, şərq üslubunda onu qızıl, birlyantdan hədiyyələrə qərq edirdi. Onun çevrəsində hamı buna alışıb, və onun ətrafında tez bir zamanda narazıçılıq başlayırdı – ona çox düşdü, mənə az. İnciyən isə tezliklə İsmayılova nifrət həddinə çatırdı. O, bu yol ilə özünə çox düşmən qazanıb. Havayı pullar bitdikdə isə hədiyyələr də bitdi və məlum oldu ki, ətrafda yaxın adamlar yoxdu”, - həmsöhbət izah edib.

“İsmayılov bütün aktivlərini Çerkizov bazarında qazanılan pulların hesabına alıb, onun işi zamanı pul ilə problem yox idi. Bu axının olmadığı və pulun heç də asan qazanılmadığı meydana çıxanda, İsmayılovun biznesi pis vəziyyətə düşdü”, - sabiq Moskva məmuru hesab edir. Yeni aktivlər - Voentorq, “Praqa” restoranı, Mardan Palace, Çerkizov bazarı ilə müqayisə ediləcək gəlir gətirmirdi.

“Komersant”ın məlumatına əsasən, İsmayılovun “AST Qof” oteli və Nikitinsk bulvarında mehmanxana kompleksi layihəsi borc üzündən Azərbaycan Beynəlxalq Bankının strukturlarının nəzarətinə keçib.

“ABB-Moskva”-nın strateji inkişaf idarəsinin rəisi Leonid Mileyev “Vedomosti”yə bəyan edib ki, bankın AST qrupu ilə kommersiya münasibəti olmayıb və şərh üçün Azərbaycanın baş bankına müraciət etməyi məsləhət görüb.

ABB “Vedomosti”-nin suallarına cavab verməyib. Amma Moskva Memarlıq Şurasına təqdim edilmiş sənədlərə görə, 2013-cü ildə Nikitinsk bulvarında layihənin sifarişçisi ABB-yə yaxın şirkət “Fortrast qlobal” olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *