Telman İsmayılov borcla qaldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Telman İsmayılov borcla qaldı

Telman İsmayılov borcla qaldı


AST qrupunun təsisçisi və qalmaqallı Çerkizov bazarının sahibi Telman İsmayılovun kreditorları borclarını məhkəmə icraatından kənar qaytarmaqda məyus olublar. İndi Moskva Bankı məhkəmədə 13 milyarddan çox borcu qaytarmağı tələb edir.

Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Biznesmen bu vəsaiti Moskvada əmlakını satmaq hesabına qaytarmalı idi, amma bütün razılaşmalar pozuldu. “Kommersant”-ın məlumatına əsasən AST-nin əmlakına namizədlərdən biri Tversk küçəsində ticarət məntəqələrinin sahibi – Yakov Yakubovun da adı çəkilib.

Moskva Bankı (MB) KBF AST MMC-dən 13,38 milyard rubla yaxın vəsaitin alınması iddiası ilə iyulun sonunda məhkəməyə müraciət edib. Moskvanın arbitraj məhkəməsi bu ərizəni avqustun axırına kimi hərəkətsiz saxladı. VTB qrupunun (MB bu qrupa daxildir) mətbuat xidmətində iddiaların tərkibi izah edilmir. Kartoteka.ru-nun məlumatına müvafiq olaraq KBF AST MMC-nin 21,75%-i AST qrupun təsisçisi Telman İsmayılova, 36,5%-i onun oğlu Sərxana məxsusdur, nəzarəti isə tərəfdaşları Zaur Mərdanov edir.

MB və İsmayılov ailəsi məhkəmədən kənar qaydada kredit borcunu AST Moskvadakı əmlakını sataraq həll etməyə çalışıblar.

“Artıq alıcı da var idi, girov da qoyulmuşdu, amma saziş pozuldu, ona görə də bank indi məhkəməyə müraciət etməyi qərara alıb”, - “Kommersant”-nın mənbəsi bildirib. Dünən cənab İsmayılov ilə əlaqə qurmaq mümkün olmayıb.

“Kommersant”-ın həmsöhbəti alınmayan razılığın maraqlılarının adını açıqlamır. Məhkəmənin bazasında 2014-cü ilin dekabr tarixi ilə qeyd edilmiş “Proqress” QSC-nin MB-yə qarşı banka köçürülmüş avansın qaytarılmasına dair iddia var. Məhkəmənin materiallarından aydın olur ki, “Proqress” bir il öncə “Biznes klub Tropikano (Malaya Qruzinskaya küç. 15 min kv.m.) və “Ruslayn 2000” MMC-də (İzmayılov parkı yaxınlığında 1,2 ha sahəni icarəyə götürüb) 100% pay şərti ilə İzmayıl şossesində (16 min kv.m) və Krasnaya Presnada (15,4 min kv.m) yerləşən AST-yə məxsus ticarət mərkəzlərini almaq istəyib.

Kartoteka.ru-nun məlumatına əsasən “Proqress” tamamilə Oleq Veselova məxsusdur, baş direktor Yuliya Dolinskayadır (o, həm də “Avtorskoe televideniye”nin rəhbəridir). “Proqress”də AST-nin əmlakını almağa marağı gizlətmədilər, amma şərh vermədilər.

“Proqress” Telman İsmayılovun aktivlərini almaq istəyən yeganə namizəd deyil, bunu “Kommersant”-ın digər həmsöhbəti bildirib. Onun məlumatına əsasən biznesmen Yakov Yakubovun strukturları da AST-nin obyektləri ilə maraqlanıb. Amma saziş üçün lazımi vəsaiti olmayıb. Cənab Yakubovun nümayəndələri operativ şərh təqdim etməyiblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *