Telman İsmayılovun əfsanəvi restoranı satışa çıxarıldı
Andrey Kostinin VTB qrupu Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun aktivlərinin mülkiyyətçisi olub və onları satışa çıxarıb.
Satışa çıxarılan məşhur “Praqa” restoranı və “Tropikano” biznes mərkəzidir.
Oxu.Az xəbər verir ki, bu barədə Forbes mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, söhbət “Praqa” restoranı və “Tropikano” biznes mərkəzindən gedir. Bu əmlak, eləcə də Vostoçnı İzmaylovodakı binalar kompleksi VTB-yə daxil olan Moskva Bankında kredit üzrə girov qoyulmuşdu.
VTB-də Forbesə İsmayılovun aktivlərinin satışını şərh etməkdən imtina ediblər.
Forbesin versiyasına görə, daha öncə Çerkizov bazarının keçmiş sahibi, milyarder Telman İsmayılovun Moskva Arbitraj məhkəməsinə müflis olmasına dair ərizə təqdim etdiyi barədə məlumat yayılmışdı.
Mənbə:> Oxu.Az