AST Telman özünü rəsmən müflis elan etdi
AST şirkətlər qrupunun banisi və Çerkizovsk bazarının keçmiş sahibi, Azərbaycan əsilli biznesmen Telman İsmayılov Moskva arbitraj məhkəməsinə ərizə ilə müraciət edərək müflis elan edilməsini xahiş edib.
ANS PRESS-in məlumatına görə, keçmiş biznesmenin ərizəsi məhkəməyə noyabrın 19-da daxil olub. Amma məhkəmə bu iddia üzrə dekabrın 26-na dək təxirə salmağı qərarı verib.
Buna səbəb İsmayılovun ərizəsinə bir sıra sənədləri, həmçinin məhkəmə iddiası qaldırmağa görə dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbzi, ərizənin kreditorlara göndərilmiş surətlərini, habelə son üç il ərzində daşınmaz əmlak, qiymətli kağızlar və nizamnamə kapitalındakı payları barədə sövdələşmələri haqda sənədləri təqdim etmədiyidir. Daha əvvəl "Moskva bankı" biznesmenə verilmiş 286 mln dollarlıq kreditlərin geri qaytarılmasını tələb edib.
Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Moskva bankı" Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib. Rusiyada müflisləşmə haqda qanunun yeni redaktəsi bu yaxınlarda qüvvəyə minib. Bu qanundan istifadə edərək Telman İsmayılovun borclu olduğu banklar və şirkətlər onun müflis elan edilməsi barədə iddia qaldırmışdılar. İddiaçılar arasında “Bank Moskva” da yer alır.
Oktyabrın 1-i Moskvada arbitraj məhkəməsində verilmiş iddiayaya görə, 2012-ci ilin fevral ayından 2014-cü ilə kimi "Moskva bankı" "Ruslayn 2000" MMC və Holland Tropicano Finance B.V. şirkətinə ümumi məbləği 230 milyondan dollardan çox olan üç kredit verib. Bankın iddiasına əsasən, hər iki şirkət AST ilə əlaqəli olub və onun benefisiarı Telman İsmayılov kredit qaytarılmasına özünün müəyyən etdiyi müddəti qoyub. İsmayılovun müxtəlif banklara və fiziki şəxslərə, şirkətlərə olan borcları 600 milyon dollara yaxındır. Onun ən iri aktivi - Türkiyədəki 1,4 milyard dollarlıq “Mardan Palace” oteli də “Halk bank”a olan borcuna görə hərracda dəyərindən az qala 10 dəfə aşağı satılıb.
Mənbə:> ANSPRESS